Qulağınızda bu iz varsa, diqqət!

Qulağınızda bu iz varsa, diqqət!
Kateqoriya məlum deyil
T

Qulaq məmənizdə diqqət çəkən bir xətt varsa, bunu sadəcə qırış hesab etməyin. Mütəxəssislər bu əlamətin ürək-damar sağlamlığı ilə əlaqəli ola biləcəyini bildirirlər.

Sfera.az xəbər verir ki, türkiyəli kardioloq Prof. Dr. Mustafa Hakan Dinçkal qulaq məməsində yaranan “Frank xətti”nin bəzi hallarda ürək damar xəstəlikləri ilə əlaqəli ola biləcəyini deyib.

Onun sözlərinə görə, bu xətt sadə qırışdan dərin qat və ya yarığa qədər müxtəlif formalarda görünə bilər. Yaş artdıqca daha çox müşahidə olunan əlamətin qulaq məməsindəki damarların iltihabı ilə əlaqəsi ola bilər.

Lakin həkim vurğulayıb ki, qulaq məməsində Frank xəttinin olması şəxsdə mütləq ürək xəstəliyi olduğu anlamına gəlmir. Buna görə bu əlamət yalnız əlavə risk faktorlarına diqqət yetirmək üçün xəbərdarlıq kimi qiymətləndirilməlidir.

Mütəxəssis belə əlaməti olan şəxslərə ailə həkimində mütəmadi müayinədən keçməyi tövsiyə edib. Xüsusilə xolesterin, qan şəkəri və arterial təzyiq nəzarətdə saxlanılmalıdır.

Ürək xəstəliklərinin əsas risk faktorları arasında yüksək xolesterin, siqaret, şəkərli diabet və yüksək təzyiq yer alır.

Həkim həmçinin Aralıq dənizi tipli qidalanmağı, tərəvəz, balıq və tam taxıllara üstünlük verməyi, işlənmiş ət, şəkərli içkilər və paketlənmiş qidalardan uzaq durmağı məsləhət görüb.

Gündəlik fiziki aktivliyin artırılması, həftədə ən azı 3 gün idman edilməsi, artıq çəkidən qorunmaq və 7-9 saat yatmaq da ürək sağlamlığı üçün vacib hesab olunur.

Dinçkalın sözlərinə görə, göz ətrafında sarımtıl-ağ ləkələrin və ya qollarda yağ düyünlərinin yaranması yüksək xolesterinə işarə edə bilər.

Bununla belə, yüksək xolesterini yalnız xarici görünüşə əsasən müəyyən etmək mümkün deyil. Risk qrupunda olan şəxslər mütəmadi olaraq qan analizləri verməlidirlər./yenisabah

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR