Azərbaycandan Rusiyaya ixrac edilən kartofda xəstəlik tapılıb?

Azərbaycandan Rusiyaya ixrac edilən kartofda xəstəlik tapılıb?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Rusiyaya ixrac edilən 40 tona yaxın kartofda karantin obyekti olan xəstəliyin aşkarlanması barədə məlumatlara rəsmi münasibət bildirib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, xidmətin rəisi Camal Quliyev deyib ki, adətən, belə hallar olanda Rusiya tərəfi onlara bu barədə operativ məlumat verir:

"Bu barədə Xidmətə heç bir məlumat daxil olmayıb. Bundan əlavə, onun şamil olunduğu nəqliyyat vasitəsi, fiziki və ya hüquqi şəxs haqqında da heç bir məlumat yoxdur. Ona görə də məsələnin doğruluğunu hec cür araşdıra bilmirik. Bir necə dəfə olub ki, Rusiyada bəzi məlumatlar yayılır, amma bizə bu barədə məlumat verilmir, yaxud onlar həqiqəti əks etdirmir, həmin mal da Rusiyadan Azərbaycana geri qaytarılmır. Əgər fakt dəqiq olarsa, bu barədə bizə məlumat veriləcək”.

C.Quliyev deyib ki, digər tərəfdən Rusiya tərəfinin yaydığı məlumatlara görə, onların qeyd etdiyi növ - qızılı kartof nematodu (Globoderа rostochiensis (Wollеnwеber) Behrens) Azərbaycanda aşkar edilməyib:

"Onun Azərbaycanda karantin tətbiq edilən xəstəlik kimi aşkarlanması öz təsdiqini tapmayıb. Ona görə də bu məsələ açıq qalıb. Əgər Rusiya tərəfindən rəsmi müraciət daxil olarsa, nəqliyyat vasitəsinin hərəkəti izlənilməli, onun çıxdığı təsərrüfat müəyyənləşməlidir. Bundan sonra məhsul laboratoriyalara cəlb edilməli və kartofda xəstəliyin olub-olmaması müəyyənləşdirilə bilər. Amma indiki halda, Rusiyanın yaydığı məlumatda nə nəqliyyat vasitəsinin, nə sertifikatın nömrəsi, nə də fiziki, hüquqi şəxsin adı göstərilir. Heç bir məlumat olmadan nəyi isə araşdırmaq qeyri-mümkündür. Elə günlər olur ki, Azərbaycandan Rusiyaya 70-80 maşın kartof ixrac edilir. Bəzən belə maşınların sayı 100-dən artıq olur.”

C.Quliyev bununla belə istisna etmir ki, qızılı kartof nematodu indiyədək Azərbaycanda aşkarlanmasa da, o, Rusiyaya icrax edilən kartoflarda ilk dəfə olaraq, aşkarlana bilər:

"Amma bunu araşdırmaq üçün də məhsulun daşındığı nəqliyyat vasitəsinin, sertifikat nömrəsinin, fiziki, hüquqi şəxsin adı lazımdır. Bu 3 məlumatdan biri bizə təqdim olunarsa, biz həmin məlumatı araşdıra bilərik”.

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi tərəfindən "Fud Loqistik" MMC-nin şimal-şərq girişində yerləşən fitosanitar nəzarət postunda Azərbaycandan iki avtonəqliyyat vasitəsində daxil olmuş 39,55 ton təzə ərzaq kartofuna baxış zamanı karantin obyekti olan qızılı kartof nematodu (Globodera rostochiensis (Woll.) Behrens.) aşkar edilib. Bununla əlaqədar həmin kartoflar idarə nümayəndəsinin iştirakı ilə məhv ediləcək.

OXŞAR XƏBƏRLƏR

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...