Logo

Oruc tutanlara çimmək olarmı?

Oruc tutanlara çimmək olarmı?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ramazan ayında çimmək olar. Duş altında çimməyin heç bir maneçiliyi yoxdur.

Sfera.az islam.az-a istinadən verdiyi məlumata görə, sadəcə, diqqət yetirmək lazımdır ki, burun, qulaq və ağız dəliklərindən bədənə su daxil olmasın.

Amma hovuzda çimməyə gəlincə, bunun da maneçiliyi yoxdur. Sadəcə, başı tamamilə suya batırmaq barədə alimlərin fikri fərqlidir. Sünni məzhəblərində başı suya batırmaq arzuolunmaz hal olsa da, orucu batil etməz.

Şiə məzhəbində isə əksər alimlər oruclu adamın suya baş vurmasını ehtiyati-vacibə görə haram bilirlər. Bəzi müctəhidlər (məsələn, Ayətullah Sistani) isə bu fikirdədir ki, bu orucu pozmaz, amma şiddətli məkruh əməldir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR