Səhər ac qarına qəhvə içənlərə XƏBƏRDARLIQ

Səhər ac qarına qəhvə içənlərə XƏBƏRDARLIQ
Qəhvə haqqında fikirlər birmənalı deyil. Bəziləri onun zərərli, bəziləri xeyirli olduğu haqda fikirlər söyləyir. Bu mövzuda ən böyük mübahisələrdən biri də səhər günə qəhvə ilə başlamaqdır. Sfera.az lent.az-a istinadən bununla bağlı mütəxəssis fikirlərini təqdim edir. 

Həkimlər nahar etmədən günə sadəcə qəhvə ilə başlayanların öz səhhətlərini təhlükəyə atdıqlarını deyirlər. Belə ki, bu, ilk növbədə, həmin insanın həm bədəni, həm də psixologiyasına mənfi təsir göstərir. Günə yalnız qəhvə içərək başlayanlarda ürək döyüntüsü, qastrit və mədə riski daha yüksəkdir.
 
Nahar şərtdir
 
Xüsusilə yaz aylarında nizamlı səhər yeməyi yemək vacibdir. Son dövrdə qəhvə içib işə getmək ənənə halını alıb. Bunu edən insanlar qəhvənin enerji verdiyini düşünürlər. Halbuki qəhvə kafein ehtiva etdiyi üçün diqqəti artırsa belə, bədənə enerji vermir. Səhərlər yalnız bir fincan qəhvə içib işə başlayanlarda ürək döyüntüsü, qastrit və mədə spazmı müşahidə edilir. Bunun əvəzinə gündə 2-3 litr su içmək məsləhətdir. Mütləq evdən çıxmazdan əvvəl ən azından bir dilim çörək, bal, bir stəkan çayla da olsa, səhər yeməyi yeyin. Səhər yeməyi bədənin immunitet sistemi üçün böyük əhəmiyyət daşıyır. Yaxşı səhər yeməyi nəticəsində bədən aldığı enerji sayəsində istiliyini - 37.5 dərəcəni qoruyur. Gündə 2- 3 litr su isə bədənimizdə istiliyə nəzarət edir.
 
Həmçinin çox isti günlərdə bədən hərarətini aşağı salmaq üçün su içmək lazımdır. Ayran və ev şəraitində hazırlayacağınız təbii su və şirələr də içə bilərsiniz. İsti havada bədən tərləmə yolu ilə natrium və kalium itirir. Natrium və kalium ehtiyacı üçün duzlu ayran və ya mineral su içmək məsləhətdir.

OXŞAR XƏBƏRLƏR

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub. ...