Hepatit peyvəndləri tamamilə qoruyurmu?

Hepatit peyvəndləri tamamilə qoruyurmu?
"Hepatitlər həm infeksion, həm də qeyri-infeksion səbəblərdən yaranır. Qeyri-infeksion hepatitlər metabolik xəstəliklər, spirtli içkilərin qəbulu, dərmanların toksiki təsiri, autoimmun problemlər nəticəsində yarana, infeksion hepatitlər isə bakteriya, göbələk, parazit, ən çoxu isə virus mənşəli ola bilər. Hepatitlər təxminən 50 faiz hallarda virus mənşəli olur. Biz viruslu hepatitlər deyəndə  A, B, C, D, E, F, G hepatit viruslarını nəzərdə tuturuq. Bunlar bütün hepatit viruslarının 90 faizindən çoxunu təşkil edir".

Sfera.az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında həkim-infeksionist, uzman doktor Vasif Əliyev deyib.
 
Hepatit peyvəndləri barədə danışan mütəxəssis peyvəndlərin yalnız A və B hepatitlərindən qorunmaq üçün istifadə olunduğunu qeyd edib. Onun sözlərinə görə,
hepatit A dünyada ən çox rast gəlinən sarılıq halıdır: "Hepatit A daha çox uşaq yaşlarında yarandığı üçün demək olar ki, simptomsuz keçir. Ancaq bu virusa yoluxmayan hər kəsə hepatit A peyvəndi vurulmalıdır. Hepatit B peyvəndi isə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə bütün yeni doğulan uşaqlara 3 dozada vurulur. Xüsusilə də ana hepatit xəstəsidirsə, doğulan uşaqlara peyvənd mütləq tətbiq edilməlidir. Bununla da biz anadan uşağa yoluxmanı minimuma endirə bilirik".
 
Uşaq doğulandan sonrakı 12 saat ərzində hepatit B peyvəndi tətbiq olunduğunu deyən həkim bildirib ki, sonrakı birinci və altıncı aylarda hepatit B peyvəndini təkrarlamaq lazımdır. Və yaxud bu, 12-ci aya kimi sxemə uyğun şəkildə tətbiq oluna bilər.
 
Onun sözlərinə görə, əgər ana hepatit B daşıyıcısıdırsa, o zaman ilk dozada hepatit B peyvəndi ilə yanaşı uşağa Hepatit B - immunoqlobulin də vurulmalıdır: "Bu hökmən edilməlidir. Çünki ilk 15 gün ərzində Hepatit B peyvəndinin qoruyuculuq yaratması  zaman ala, uşağın yoluxma riski arta bilər, ona görə də  qoruyuculuğu artırmaq məqsədilə Hepatit B - immunoqlobulin də vurulmalıdır".
 
Hepatit B peyvəndinin qoruyuculuğunun demək olar ki, ömür boyu davam etdiyini deyən infeksionist bildirib ki, buna baxmayaraq, əgər hepatit B ilə bağlı riskli təmas olarsa, o zaman Hepatit B peyvəndinin titrinə baxmaq tövsiyə olunur. Müayinə nəticəsində titrin aşağı olduğu aşkarlanarsa, yəni Hepatit B-dən qorunma titri 10-dan az olarsa, hepatit B peyvəndini təkrarlanmağa zərurət yaranır.
 
Onun sözlərinə görə, bu peyvəndlə bağlı hər hansı yaş məhdudiyyəti yoxdur.
 
Həkim qeyd edib ki, hepatit B peyvəndi canlı peyvənd olmadığı üçün vurulan zaman hər hansı bir əks göstərişi qeydə alınmır və hətta hamilə qadınlara da tətbiq oluna bilər.
 
Hepatit B-nin anadan övladına keçmə ehtimalı barədə suala cavabında mütəxəssis deyib ki, bu zaman anada Hepatit B-nin kəskin formada olması, yoxsa qadının daşıyıcı olması məsələsi nəzərə alınmalıdır: "Bu zaman risk tamamilə dəyişir. Əgər ana hamiləlikdən əvvəl hepatit B virusuna yoluxmayıbsa, sadəcə, hamiləlik dövründə yoluxubsa, bu zaman anadan uşağa yoluxma, xüsusilə hamiləliyin ilk trimestrində yoluxma ehtimalı çox yüksəkdir. Amma ana xroniki hepatit B daşıyıcısıdırsa, o zaman daha çox hamiləliyin üçüncü trimestrində uşağa keçmə ehtimalı var. Ona görə də hamilə qadınlar daim nəzarət altında olmalıdırlar. Yəni xroniki aktiv daşıyıcılıq olduğu halda ananın dərmanlar qəbul etməsi, virusun uşağa keçməsinin qarşısını almaq üçün tədbirlər görülməsi vacibdir".
 
Peyvənddən öncə müayinələr aparılmasının vacibliyi barədə danışan həkim "əgər uşaq yaşlarımızda Hepatit B keçirib sağalmışıqsa, sonradan xroniki hepatit yaranma şansı var. Amma daha yetkin dövrdə hepatit B-yə yoluxmuşuqsa sağalmaq şansımız daha yüksəkdir. Əgər qoruyuculuğumuz varsa, təkrar hepatit B peyvəndi vurmağa ehtiyac yaranmır. Ona görə də peyvənddən öncə müayinə aparmaq vacibdir", deyə bildirib.
 
Onun sözlərinə görə, tez-tez qan köçürülən insanlar, ailəsində və birinci dərəcəli qohumlarında hepatit B daşıyıcısı olanlar, kütləvi yerlərdə, həbsxanalarda cəza çəkənlər, yataqxana tipli yerlərdə yaşayanlar, qanla daha çox təmasda olan tibb işçiləri, laboratoriya personalında hepatit B virusuna yoluxma riski daha yüksəkdir. Mütəxəssis deyib ki, bu şəxslərin hər biri vaxtaşırı müayinələrdən keçməli və nəticələrə uyğun olaraq hepatit B peyvəndi olunmalıdırlar : "Əvvəlcə virus daşıyıcısı olub-olmamaq araşdırılandan sonra peyvənd tətbiq edilməlidir. Peyvəndi kor-koranə tətbiq etmək olmaz.
 
Bu gün dünyada təxminən 2 milyard insan hepatit B virusu ilə qarşılaşıb. Təxminən 400 milyon insan xroniki hepatit B xəstəsidir. Hər il isə 500-700 min insan bu xəstəlikdən vəfat edir. Bütün hunlar çox yüksək rəqəmlərdir, hər kəs, xüsusilə risk qrupuna daxil olanlar mütləq hepatit B, Hepatit C, eləcə də HİV virusu ilə bağlı müayinələrdən keçməlidir".
  
Hepatit A peyvəndləri tətbiq edilməzdən əvvəl də müayinələrin aparılmasının vacibliyi barədə danışan mütəxəssis "hepatit A çox zaman simptomsuz inkişaf edir. Bəlkə də çoxumuz onu uşaq yaşlarında keçirmişik, amma bu, hiss olunmayıb. Keçirmişiksə, deməli, ondan qoruyuculuğumuz var. Hepatit A xronikləşməyən virusdur. Əgər bir dəfə yoluxma olubsa, yaxud peyvənd tətbiq olunubsa, bu o deməkdir ki, həmin virusdan tam qoruyuculuq var. İkinci dəfə hepatit A-ya yoluxmaq mümkün deyil", deyə bildirib.
 
V. Əliyev hepatit A peyvəndinin iki dozada vurulduğunu, ilk dozadan sonra 6-12-ci aylar arasında ikinci dozanın tətbiq olunduğunu açıqlayıb.
 
Onun sözlərinə görə, xüsusilə çirkli su mənbələri ilə təmasda olanlar, hepatit A-nın endemik olduğu bölgələrdə yaşayanlar mütləq peyvənd olunmalıdırlar...

OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...