Xüsusi pəhriz azərbaycanlıya 70 kq arıqlamağa yardım edib

Xüsusi pəhriz azərbaycanlıya 70 kq arıqlamağa yardım edib

Piylənmədən əziyyət çəkən Azərbaycan sakini altı ay ərzində 70 kq çəki atıb.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, Qoşqar Məmmədov plastik cərrahiyyə və yorucu fiziki yüklənmə olmadan bunu bacarıb.

43 yaşlı Azərbaycan vətəndaşı pəhrizə başlayarkən 170 kq çəkiyə malik olub və bu səbəbdən hətta evdən bayıra çıxmağa da utanıb. Üstəlik, artıq çəkidən depressiyaya düşməsi ona az qala intihar və boşanma ilə başa gəlib.

Həmyerlimizin sözlərinə görə, o, uşaqlıqda poliomieletdən əziyyət çəkib, gəzmək və nəfəs almaqla bağlı problemləri olub.

Dərman və fiziki yüklənmələrin köməyi ilə arıqlamaq cəhdləri uğursuz olduğundan Q.Məmmədov yerli dietoloq Leyla Zülfüqarovaya müraciət edib. Bundan iki ay sonra Qoşaqarın çəkisi 50 kq azalıb: ciddi pəhriz və gündəlik həkim qəbulunda olmaq nəticə verib.

"Gərək səhər bir stəkan su içib sonrakı 6 saat ərzində qida qəbulundan yayınasan. Sonra 1 dilim qara çörək və çəkisi 200 qr-dan artıq olmayan suda bişmiş kartof yeyəsən. Axşam isə bir stəkan qatıq içmək lazımdır. Belə ciddi pəhrizi bir ay ərzində saxlamaq lazımdır, əks təqdirdə, nəticə olmayacaq”, -deyə dietoloq L.Zülfüqarova bildirib.

İndi Q.Məmmədov yenə də ciddi pəhrizə davam edir. Ona artıq bişmiş toyuq və yumurta yeməyə icazə verilib. İndi onun məqsədi 88 kq-dək arıqlamaqdır.


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...