Şampan və şərabların gizli təhlükələri açıqlandı

Şampan və şərabların gizli təhlükələri açıqlandı
Kateqoriya məlum deyil
T

Şampan və şərab həvəskarları bu içkilərin sağlamlıq üçün ikiqat təhlükəsi barədə xəbərdar ediliblər.

 

Sfera.az bildirir ki, narkoloq, “Alkomed” klinikasının şöbə müdiri Andrey Tyurin bu barədə "Lenta.ru" saytına açıqlamasında danışıb.

 

Onun sözlərinə görə, şampan da daxil olmaqla köpüklü şərablar tərkibindəki karbon qazına görə təhlükəlidir. Qaz qabarcıqları mədənin selikli qişasını qıcıqlandırır, damarları genişləndirir və spirtin qana daha sürətli sorulmasına səbəb olur. Eyni zamanda bu içkilərin tərkibində olan şəkər və turşular bağırsaqlarda qıcqırma yaradır ki, bu da güclü intoksikasiya və ağır asma halı ilə nəticələnir.

 

Həkim əlavə edib ki, desert şərabları — məsələn, portveyn və vermut aldadıcı təsirə malikdir. Bu içkilərin şirin dadı spirtin təsirini gizlətdiyindən, insan asanlıqla bir butulka şərab içə və 150-200 qram arağa bərabər etanol qəbul etdiyini hiss etməyə bilər. Bundan başqa, şərabın tərkibindəki şəkər insulin səviyyəsində kəskin artıma səbəb olur və mədəaltı vəzə düşən yükü əhəmiyyətli dərəcədə artırır.

 

İnci

PAYLAŞ