Bu əlamətləriniz varsa, mütləq DİNCƏLİN - 8 MƏQAM

Bu əlamətləriniz varsa, mütləq DİNCƏLİN - 8 MƏQAM

Əksəriyyətimiz məzuniyyətdən qayıtdıqdan sonra növbəti istirahət haqqında xəyallar qurmağa başlayırıq. Bu, başa düşüləndir, çünki işlə stress bir-birinə çox bağlıdır. Təhtəlşüurla buna qarşı müqavimət göstərməyə çalışırıq. Amma alimlərin araşdırmalarına görə, bəzi nahiyələrdə yaranan ağrılar bədənin həqiqtən də məzuniyyətə ehtiyacı olduğunu göstərir.

Məzuniyyət vaxtının çoxdan çatdığını göstərən 8 əlaməti təqdim edirik.

1. Baş ağrısı

Əgər baş nahiyəsində diskomfort hiss edirsinizsə, deməli, bədənin stressdən xilas olmağa və istirahətə ehtiyacı var. Artıq yüklənmə və ya intensiv baş ağrıları boyun və ya gözlərə də təsirsiz ötüşmür. Bundan əlavə, yüksək səviyyədə stress miqrenin gərginləşməsinə gətirib çıxara bilər.

2. Həzmlə bağlı problemlər

Beyin uzun müddət və fasiləsiz olaraq işləyəmdə, bundan həzm sistemi də əziyyət çəkir. Onun fəaliyyəti bir növ şoka düşür. Belə bir prosesin ən geniş yayılmış fəsadlarına oturaq iş həyatı nəticəsində yaranmış bağırsaq sindromu və müxtəlif qarın ağrıları daxil edilir.

3. Tez-tez soyuqdəymə

Stress ürək döyüntülərinin tezliyini artırır, nəticədə qan dövranı sürətlənir. Bu amil yüksək qan təzyiqi ilə birgə immunitetə mənfi istiqamətdə təsir edə bilər. Nəticədə isə biz tez-tez xəstələnməyə başlayırıq.

4. Dəyişkən çəki

Güclü stress çəkinin qəfil artımasına gətirib çıxarır. Bunun səbəbi də kortizol hormonu səviyyəsinin yüksəlməsi nəticəsində insanın daha çox yemək istəyinin baş qaldırmasıdır. Dolaysıyla karbohidratların çoxalması çəkinin də artımasına səbəb olur. Bu isə o deməkdir ki, bədənin dinclənməyə ehtiyacı var.

5. Mədə ağrıları

Yüksək stressin həzm sisteminin pozulmasına səbəb olduğunu yuxarıda qeyd etmişik. Odur ki, mədə ağrıları və ürək bulanması sizə istirahət lazım olması barədə xəbər verə bilər.

6. Yorğunluq

Ayaqlarınızı güclə çəkirsiniz, gözlərinizi yumub şirin yuxuya getməmək üçün özünüzlə daim mübarizə aparırsınız? Onda nəzərə alın ki, daimi yorğunluq artıq yüklənmənin nəticəsi də ola bilər.

7. Döş qəfəsində ağrı

Gərginlik zamanı yaranmış döş qəfəsi ağrıları sırf nevroloji xarakter daşıyır və ürək xəstəlikləri ilə heç bir əlaqəsi yoxdur. Əgər döş qəfəsində tez-tez ağrılar hiss edirsinizsə, ilk növbədə dincəlməyə çalışın. Lakin unutmaq olmaz ki, daimi stress də ürək çatışmazlığına gətirib çıxara bilər. Odur ki, ürək əzələlərinin işinin pozulmasından şübhələnirsinizsə, həkimə müraciət edin.

8. Cinsi fəallığın azalması

Yorğunluq həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. O cümlədən daimi stressə məruz qalan beyin cinsi aktivliyə cavabdeh olan kimyəvi maddələri daha az istehsal etməyə başlayır. Bu səbəbdən də insan sekslə məşğul olmaq istəyini getdikcə itirə bilər.

Əgər siz və ya tərəf müqabiliniz bu problemdən əziyyət çəkirsinizsə, bilin ki, yaxşı istirahət bu məsələni həll etməyə qadirdir./publika.az

 



OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...