Şokalad alarkən diqqətli olun

Şokalad alarkən diqqətli olun
Kateqoriya məlum deyil
T

Ramazan bayramı yaxınlaşdıqca şokalad satışları artır.

 

Sfera.az xəbər verir ki, bu məhsulları alarkən sağlamlığa zərər verə biləcək risklərə diqqət etmək vacibdir.

 

Çox nəmli və ya nişastalı lokumlardan uzaq durun, bunlar mikroorqanizmlər üçün əlverişlidir və təhlükəli ola bilər.

 

Bəzi şokaladlar “əsl şokalad” olmaya bilər, içində kakao yağı əvəzinə bitki və ya digər yağların olma ehtimalı yüksəkdir.

 

Keyfiyyətli şokalad ağızda yaxşı əriyir. Əriyə bilməyən və qeyri-adi dad verən şokaladlar almayın.

 

Etiketində istehsal tarixi və tərkibini diqqətlə oxuyun./Bizim.Media

PAYLAŞ