Yataq otağında yüksək temperatur ürək xəstəliyi yaradır - XƏBƏRDARLIQ

Yataq otağında yüksək temperatur ürək xəstəliyi yaradır - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Avstraliyada aparılan yeni araşdırma gecə saatlarında yataq otağında temperaturun yüksək olmasının ürək sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyub.

 

Sfera.az xəbər verir ki, xüsusilə 65 yaşdan yuxarı şəxslərdə bu risk daha qabarıq şəkildə müşahidə olunur. Mütəxəssislərin sözlərinə görə, isti mühitdə bədən temperaturu tənzimləmək üçün qan dövranını dərinin səthinə yönəldir. Bu zaman ürək daha intensiv işləməyə məcbur qalır ki, bu da onun gecə ərzində bərpa prosesini çətinləşdirir. Araşdırma nəticələrinə əsasən, yataq otağında temperaturun 24=26°C arasında olması ürəyin bərpasında problem riskini 40 faiz artırır.

 

Temperatur 26-28°C aralığında olduqda bu risk 2 dəfə yüksəlir. 28°C-dən yuxarı olduqda isə riskin təxminən 3 dəfə artdığı qeyd olunur. Tədqiqat çərçivəsində orta yaşı 72 olan 47 nəfər bir yay mövsümü ərzində izlənilib və ümumilikdə 14 mindən çox saatlıq gecə göstəriciləri analiz edilib. Xüsusilə yaşlı insanlar yataq otağında temperaturu təxminən 24°C səviyyəsində saxlasınlar. Bu, ürəyə düşən yükün azalmasına və daha sağlam yuxu rejiminin formalaşmasına kömək edə bilər.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ