Xoruldayanların nəzərinə: Yatmazdan əvvəl ... - 5 ÜSUL
Xoruldama nəfəs alma zamanı havanın dar bir sahədən keçərkən səs dalğalarında yaratdığı titrəyiş kimi təyin olunur. Bu vəziyyət həm insanın həyatına mənfi təsir edərək, həyat keyfiyyətini aşağı salır, həm də ətrafdakılara diskomfort hissi verir. Lakin xoruldamanın qarşısını almaq və müalicə etmək üçün tibbi yollar yoxdur. Ona görə də yalnız özünüz müxtəlif tədbirlər görərək bu problemin öhdəsindən gələ bilərsiniz. Aile.lent.az onlardan bir neçəsi ilə sizi tanış edir.
Yan üstə yatın
Kürək üstə yatdığınız zaman dilinizin bazası boğazınızın arxa hissəsinə düşür və nəfəs almanın çətinləşməsinə səbəb olur. Bu halda xorultu səsi yaranır. Yan tərəfə doğru yatsanız, bu vəziyyətlə rastlaşmaz və daha rahat nəfəs alarsınız.
Arıqlamağa çalışın
Həddindən artıq çəki ağciyərlərin hava almasına mane olur. Nəticədə tıxanma meydana gəlir və xorultu yaranır. Ancaq bu vəziyyətdə yalnız xoruldamırsınız. Həddindən artıq çəkisi olan insanların çoxunda yuxu pozuntusu problemi də ortaya çıxır.
Yatmazdan əvvəl dərin nəfəs alın
Ümumiyyətlə, ağız yolu ilə nəfəs almaq xoruldamağa səbəb ola bilər. Buna görə də yatmazdan əvvəl tez-tez burnunuzdan nəfəs alıb-verin. Bu, xoruldamağı azaltmağa kömək olacaq.
Evi yaxşıca təmizləyin
Allergik maddələr xoruldamağa səbəb olan məqamlar arasındadır. Buna görə də yatdığınız otağı və yataq örtüklərini davamlı olaraq yuyun.
Yediklərinizə diqqət edin
Yatmazdan ən az 1 saat əvvəl spirtli içkilər, ağır yeməklər və turşulu qidalar yeməyin. Xüsusilə spirtli içkilər boğaz əzələlərini gücə salaraq xoruldamağa səbəb olar.
Sfera.az