Musiqini bu cür dinləmək təhlükəlidir – Həkimdən XƏBƏRDARLIQ

Musiqini bu cür dinləmək təhlükəlidir – Həkimdən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Rusiyalı həkim Darya Xarina yüksək səslə musiqi dinləməyin eşitmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyini açıqlayıb.


Sfera.az xəbər verir ki, o, “Abzas” saytına müsahibəsində bildirib ki, səs səviyyəsi 60 desibeldən yüksək olan musiqini bir saatdan artıq dinləmək məsləhət görülmür.

 

Həkimin sözlərinə görə, eşitmə qabiliyyətini qorumaq üçün hər 60 dəqiqədən bir qulaqlıqlardan istifadə dayandırılmalı və fasilə verilməlidir.


D. Xarina qeyd edib ki, səs səviyyəsi nə qədər yüksək olarsa, qulaqlıq istifadəsində bir o qədər tez-tez ara vermək vacibdir. O, həmçinin qulaqlıqların uzun müddət fasiləsiz istifadəsinin infeksiya riskini artırdığını vurğulayıb.


Həkim bildirib ki, qulaqda qapalı mühitin yaranması bakteriya və göbələklərin inkişafı üçün əlverişli şərait yaradır. Bu səbəbdən qulaqlıqdan düzgün və fasilələrlə istifadə etmək tövsiyə olunur.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ