Sağ, yoxsa sol tərəf? – Yatma vəziyyətinin faydaları və zərərləri

Sağ, yoxsa sol tərəf? – Yatma vəziyyətinin faydaları və zərərləri
Kateqoriya məlum deyil
T

Yuxu vəziyyətinin sağlamlıq və həyat keyfiyyətinə təsiri barədə aparılan elmi tədqiqatlar müxtəlif aspektləri işıqlandırır. Həzm, nəfəs alma və hətta beynin toksinləri necə təmizləməsi belə, yatdığınız vəziyyətdən asılı ola bilər.


Bəs sağ, yoxsa sol tərəfdə yatmaq daha yaxşıdır? Bəzi insanlar istənilən vəziyyətdə yuxuya gedir, digərləri isə vərdişlərinə görə hər zaman eyni tərəfdə yatmağı üstün tuturlar. Lakin seçdiyiniz tərəf sağlamlıq və həyat keyfiyyəti baxımından mühüm fərq yarada bilər.


Sfera.az düzgün yatmağın sağlamlığa təsiri barədəki araşdırmaları təqdim edir.


2023-cü ildə “PubMed”də dərc edilən bir araşdırmada yuxu vəziyyəti ilə qastroezofageal reflüks arasındakı əlaqə araşdırılıb. Nəticələr göstərir ki, arxa və ya sağ tərəfdə yatmaqla müqayisədə, sol tərəfdə yatmaq gecə reflüksünü azalda və bu problemdən əziyyət çəkənlərin həyat keyfiyyətini yaxşılaşdıra bilər. Hollandiyada aparılan başqa bir araşdırma isə bunun səbəbini anatomik faktorlarla əlaqələndirir. Sol tərəfdə yatarkən mədə qida borusuna nisbətən daha aşağıda olur ki, bu da mədə turşusunun qida borusuna geri qayıtmasını çətinləşdirir.


“Johns Hopkins Medicine” tərəfindən dərc edilən digər bir tədqiqat göstərir ki, yan tərəfdə (xüsusən də sol tərəfdə) yatmaq tənəffüs yollarının açıq qalmasına kömək edir və bəzi yuxu pozğunluqlarının azalmasına səbəb olur. Obstruktiv yuxu apnesi yuxu zamanı tənəffüs yollarının daralması və ya bağlanması səbəbindən nəfəs almada fasilələrə yol açır və bu, tez-tez xoruldama ilə müşayiət olunur. Yan tərəfdə və ya qarınüstü yatmaq tənəffüs yollarının açıq qalmasına yardım edir ki, bu da xoruldamanı azalda və yüngül yuxu apnesini yüngülləşdirə bilər.


Bundan əlavə, yan tərəfdə yatmaq beynin detoksifikasiyasına kömək edə bilər. Bu, qlimfatik sistemlə əlaqələndirilir. Stoni Bruk Universiteti (Stony Brook University) tərəfindən 2015-ci ildə “Nevrologiya” jurnalında dərc edilən bir araşdırma yuxu zamanı əmələ gələn tullantıların (məsələn, Alzheimer xəstəliyi ilə əlaqəli beta-amiloid zülalı) təmizlənməsinin arxa və ya qarınüstü yatmaqla müqayisədə, yan tərəfdə yatarkən daha effektiv şəkildə baş verdiyini aşkar edib.


Mənsumə
Sfera.az    

PAYLAŞ