"Hazır həkimlər iş tapa bilmir" - DEPUTAT

"Hazır həkimlər iş tapa bilmir" - DEPUTAT
Kateqoriya məlum deyil
T

"Müəyyən səbəblərə görə qonşu ölkələrdən pənah gətirən və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov deyib.

 

Millət vəkilinin sözlərinə görə, ixtisas diplomlarını tanıdılması üçün səhiyyə nazirliyinə təqdim ediləndə klinik ordinatura pilləsinin bizim təhsil sistemimizlə uyğun gəlmədiyini bildirilir:

 

"Amma bu gün ölkədə işləyən yaşı orta yaş həddindən yuxarı olan həkimlərin əksəriyyəti ordinatura təhsillidir və çox yaxşı mütəxəsislər kimi fəaliyyət göstərirlər. Bir tərəfdən Azərbaycanda həkim çatışmazlığı var, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlər işlə təmin oluna bilmirlər. Təklif edirəm ki, burada xüsusi bir humanist yanaşma edilərək həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsini imtahanla yoxlanılaraq diplomları tanınılsın. Həm də ixtisasları klinik ordinatura səviyyəsində olduğuna görə işləməyə icazə verilmədiyindən 8 il təhsil almış bir həkimə işləmək üçün  yenidən 5 il oxumaq tələb olunur. Halbuki onların iki il ordinatura təhsili var və yenidən rezidentura pilləsini oxuyanda oxuduqları həmin ordinatura pilləsinin 2 ilini heç olmasa nəzərə alınmasını vacib hesab edirəm. Çünki rezidenturada 2 illik ordinatura proqramını yenidən təkrarən oxumalı olurlar. Bu da eyni fənlərin təkrarlanması və əlavə illərin itirilməsi deməkdir".

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ