Bu, insanda xərçəng xəstəliyi yaradırmış - XƏBƏRDARLIQ

ABŞ-də aparılan yeni elmi araşdırma xroniki stressin xərçəng xəstəliyinin inkişafına təsir göstərə biləcəyini ortaya qoyub.
Sfera.az xəbər verir ki, alimlərin fikrinə əsasən, uzunmüddətli psixoloji gərginlik bədəndə baş verən bəzi bioloji prosesləri dəyişdirərək şiş hüceyrələrinin inkişafı və yayılması üçün daha əlverişli mühit yarada bilər. Tədqiqat ABŞ-də yerləşən “Cold Spring Harbor Laboratory”nun alimləri tərəfindən aparılıb. Araşdırmanın nəticələrinə görə, xroniki stress immun sisteminə təzyiq göstərir və bədəndə ifraz olunan bəzi hormonların səviyyəsini dəyişdirərək xərçəng hüceyrələrinin böyüməsini sürətləndirə bilər. Qeyd edilib ki, stress təkbaşına xərçəngin birbaşa səbəbi hesab olunmur.
Lakin o, xəstəliyin yaranması və inkişafı üçün risk faktorlarından biri kimi çıxış edə bilər və mövcud şişlərin daha sürətlə yayılmasına təsir göstərə bilər. Alimlər sağlam həyat tərzinin qorunmasının bu risklərin azaldılmasında mühüm rol oynadığını vurğulayırlar. Onların sözlərinə görə, müntəzəm yuxu, fiziki aktivlik və stressin düzgün idarə olunması həm immun sisteminin güclənməsinə, həm də ümumi sağlamlığın qorunmasına kömək edir.
Fidan Hacızadə
Sfera.az
