Mən niyə arıqlayıram? 7 GİZLİ SƏBƏB

Mən niyə arıqlayıram? 7 GİZLİ SƏBƏB
Səbəbsiz arıqlama ən təhlükəli simptomlardan biri sayılır. 1 ay ərzində çəkinin 1-2 kq azalması təhlükəli deyil.
Sfera.az saglamolun.az-a istinadən bildirir ki, lakin pəhriz saxlamayan və həyatında heç bir dəyişiklik (güclü stress, xəstəlik və s.) olmayan insanın çəkisi 1 ay ərzində 5% və bundan artıq düşübsə, bu mütəxsəssisə müraciət etmək üçün ciddi səbəb sayılır.
Sizə səbəbsiz arıqlamanın səbəblərini təqdim edirik:
- Qalxanvari vəzi xəstəliyi. Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması) zamanı insanda maddələr mübadiləsi kəskin sürətlənir ki, nəticədə insan səbəbsiz olaraq arıqlamağa başlayır. Digər simptomlar: nəbzin artması, tərləmənin güclənməsi, əsəbilik, dərinin quru olması, əllərin əsməsi və s.
- Depressiya kəskin arıqlamaya səbəb olur. Bir çox hallarda insan özündə bu pozulmanın olduğunu anlaya bilmir və həkimlərə müraciət etmir.
- Ciddi mədə-bağırsaq sistemi xəstəlikləri (xroniki pankreatit, xroniki xolesistit).
- Hepatit C. Bu qaraciyəri məhv edən təhlükəli infeksiya gizli inkişaf edir və uzun müddət ərzində özünü heç bir simptomla büruzə vermir. Məhz bu səbəbdən onu "lal qatil" adlandırırlar.
- Vərəm. Bu xəstəlik də gizli inkişaf edir və çəkinin azalmasına səbəb olur. Arıqlamadan əlavə xəstədə uzunsürən öskürək,  hərarətin uzun müddət ərzində 37 C-dən qalxması, ümumi halsızlıq, gecə vaxtı güclü tərləmə və s.
- Qurd xəstəlikləri də arıqlamaya gətirib çıxardır. Digər simptomlar arasında: ürəkbulanması, qarında ağrılar, köp, bəzən dəridə səpgilərin əmələ gəlməsi.
- Onkoloji xəstəliklər.

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...