Bu iynəni vurduran kişilərin uşağı olmayacaq: İCAZƏ VERİLDİ

Bu iynəni vurduran kişilərin uşağı olmayacaq: İCAZƏ VERİLDİ

Bundan sonra ailə planlaşdırmasına təkcə qadınlar yox, həm də kişilər birbaşa cəlb ediləcək. Belə ki, indiyə qədər qadınlar arzuolunmaz hamiləliyin qarşısını almaq üçün nəzarətedici həblərdən istifadə edirdilərsə, indi kişilərə tibbi müdaxilə mümkün olacaq.

Hindistanda 11 illik araşdırmalardan sonra nəhayət ki, kişilər üçün ilk doğuş nəzarət iynəsinin istehsalına icazə verilib. Bu icazə iynənin 13 illik sınağının uğurlu nəticəsi olaraq verilib.

İynəni vurduran kişilərdə spermlərin yarısı "pozulur" və mayalanma getmir. Bu isə arzuolunmaz hamiləliyin qarşısını almaq üçün yaxşı üsul hesab edilir. İynə 76 yaşlı biotibb mühəndisi Sujoy Guha tərəfindən inkişaf etdirilib. İynə vasitəsilə sperm daşıyan damarlara vurulan gel pozitiv yüklüdür və neqativ yüklü spermlər üzərində basqı yaradır. Mayalanma xüsusiyyətlərini aradan qaldırır.

 

© xezerxeber.az 

OXŞAR XƏBƏRLƏR