Logo

Möcüzəvi kəşf: bu xəstəlikdən əziyyət çəkənlərə ŞAD XƏBƏR

Möcüzəvi kəşf: bu xəstəlikdən əziyyət çəkənlərə ŞAD XƏBƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İflic xəstələrinin müalicəsində bu vaxta qədər görünməmiş bir irəliləyişə nail olunub.

Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, bir iflic xəstəsi beyninə yerləşdirilən çiplərlə hərəkət etməyə başlayıb.

ABŞ-lı mütəxəssislər boynundan aşağısı iflic olan bir xəstənin beyninə yerləşdirdikləri çiplərlə qolunu hərəkət etdirməyə nail olublar.
 
Qeyd edək ki, 56 yaşlı Bill Koçevar 2006-ci ildə bir velosiped qəzasından sonra iflic olmuşdu. Koçevar boynundan aşağını tərpədə bilmirdi.
 
ABŞ-dakı "Case Western Reserve" Universitetinin alimləri yenidən hərəkət qabiliyyətini qaytarmaq üçün Billin beyninə iki mikroçip, qoluna isə beyindən gələn siqnalları daşıyacaq kabellər yerləşdiriblər. Beləcə Bill qolunu hərəkət etdirməyi düşündüyündə bunu etməyi bacarır.
 
 Alimlər hələ inkişaf mərhələsindəki texnikanın irəlidəki zamanlarda iflic xəstələri üçün ümid ola biləcəyini söyləyirlər.
 
Mütəxəssislərə görə, texnologiyanın inkişaf etdirilərək yayılmasıyla iflic xəstələri sadə işlərini özləri edə biləcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR