Bu şəxslər evdə qalmalıdır - Həkim MƏSLƏHƏTİ

Bu şəxslər evdə qalmalıdır - Həkim MƏSLƏHƏTİ
Kateqoriya məlum deyil
T

Bir neçə gündür ki, güclü geomaqnit qasırğası müşahidə olunur. Elm adamlarının və meteomərkəzlərin məlumatına görə, bu proses Günəşdə baş verən ardıcıl partlayışlar və plazma kütlələrinin fəzaya atılması nəticəsində yaranıb. Sözügedən hadisə zamanı Günəşdən ayrılan yüksək enerjili hissəciklər Yerə doğru hərəkət edərək onun maqnit sahəsinə təsir göstərir və bu da geomaqnit təlatümlərinə səbəb olur.

 

Bəs geomaqnit qasırğası insan sağlamlığı üçün zərərlidirmi? Kimlər üçün risk yaradır?

 

Sfera.az-a bu barədə açıqlama verən professor, tibb elmləri doktoru Adil Qeybulla geomaqnit qasırğalarının Günəşdə baş verən güclü partlayışları nəticəsində yaranan şüa və maqnit dalğalarının Yer atmosferinə daxil olaraq səthə qədər çatması ilə əlaqədar olduğunu dedi. 

 

 

Onun sözlərinə görə, əslində sağlam insan orqanizmi bu cür dəyişikliklərə ciddi reaksiya vermir və onları adətən normal şəkildə keçirir:

 

“Lakin meteohəssas insanlar var ki, bu hallarda maqnit sahəsinin təsiri altında onların qan təzyiqində, nəbzində, ürək fəaliyyətində və mövcud xroniki xəstəliklərinin gedişatında müəyyən dəyişikliklər müşahidə olunur. Belə şəxslər öz vəziyyətlərini yaxşı tanıdıqları üçün daha ehtiyatlı davranmalı, həkimlə məsləhətləşməli və xroniki xəstəliklərini nəzarətdə saxlamalıdırlar”.

 

A.Qeybulla vurğulayıb ki, bu günlərdə mümkün qədər evdə qalmaq məqsədəuyğundur, çünki açıq havada və ya ictimai yerlərdə yaranan narahatlıqları aradan qaldırmaq çətin ola bilər:

 

“Qeyd etmək lazımdır ki, bu cür təbii hadisələr mütəmadi şəkildə baş verir və artıq bunun fərqindəyik. Buna görə də, xroniki xəstəliyi və meteohəssaslığı olan şəxslər bu dövrlərdə daha diqqətli və məsuliyyətli davranmalıdırlar”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR