Diabet xəstələri üçün dərman hazırlandı

Diabet xəstələri üçün dərman hazırlandı
Kateqoriya məlum deyil
T

ABŞ-nin Albany Universitetinin alimləri şəkərli diabetli insanlarda xroniki iltihabın qarşısını alan və yaraların sağalmasını sürətləndirə bilən yeni eksperimental dərman hazırlayıblar.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yeni dərman “RAGE406R” adlanan kiçik molekullu birləşmədir və diabetin bir çox ağırlaşmalarının əsasını təşkil edən hüceyrədaxili reaksiyanı bloklayır. Qan şəkərinin səviyyəsinə nəzarət edən mövcud müalicə üsullarından fərqli olaraq, bu dərman xəstəliyin əsas səbəblərindən biri sayılan iltihabı birbaşa hədəf alır.

 

Aparılan sınaqlar göstərib ki, dərman insan hüceyrələri və laboratoriya heyvanlarında effektiv nəticə verib. 1-ci tip diabetli xəstələrin qanında iltihab göstəricilərini azaldıb, yaraların sağalmasını sürətləndirib və 2-ci tip diabetli siçanlarda iltihabı zəiflədib.

 

Qeyd edək ki, alimlər bundan əvvəl də orqanizmin diabetə qarşı təbii qorunma mexanizmini aşkar etmişdilər.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR