Yarasalarda yeni koronavirus növü aşkarlandı

Yarasalarda yeni koronavirus növü aşkarlandı
Kateqoriya məlum deyil
T

Alimlər Braziliyada yarasalarda “COVID-19”və Yaxın Şərq Respirator Sindromu (MERS) viruslarına bənzər genetik xüsusiyyətlərə malik yeni bir koronavirus aşkar ediblər.

 

Sfera.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər tərəfindən “BRZ batCoV” adlandırılan virus Latın Amerikasında yaşayan kiçik, həşəratla qidalanan yarasa növündə tapılıb.

 

Genetik analizlər göstərib ki, “BRZ batCoV” betakoronavirus ailəsinə aiddir. Bu ailəyə “COVID-19” (SARS-CoV-2), MERS (MERS-CoV) və SARS-CoV kimi təhlükəli viruslar daxildir.

 

Alimlərin sözlərinə görə, hazırda bu virusun insanlar üçün təhlükə yaratdığına dair heç bir sübut yoxdur. Bu xüsusiyyət virusun hüceyrələrə daha asan daxil olmasına şərait yarada bilər və Cənubi Amerikada müstəqil şəkildə formalaşmış ola bilər.

 

Qeyd edək ki, yarasalar əvvəlcədən də viruslara qarşı güclü təbii müdafiə sisteminə malik canlılar kimi tanınır.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR