"TƏBİB qeyri-infeksion xəstəliklərin profilaktikasını prioritet seçib" - Nigar Rüstəmli

Kateqoriya məlum deyil
T
“TƏBİB Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası və 2025–2027-ci illəri əhatə edən strateji hədəflər çərçivəsində qeyri-infeksion xəstəliklərin profilaktikasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib”.
Sfera.az xəbər verir ki, bunu “Xərçəngdən Güclüsən” adlı tədbirdə bu istiqamətdə TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli deyib.
O qeyd edib ki, artıq müvafiq layihələrin hazırlanmasına və icrasına başlanılıb:
“Bu məqsədlə biz də öz tərəfdaşlarımızla birgə müvafiq layihələri hazırlayıb həyata keçirməyə başlamışıq”.
Fidan Hacızadə






