40 yaşadək qadınlara xərçəng xəbərdarlığı - AÇIQLAMA

40 yaşadək qadınlara xərçəng xəbərdarlığı - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

“Bu gün onkoloji xəstəliklər dünyanın hər bir insanının həyatına birbaşa və ya dolayısı ilə təsir göstərir. Bu xəstəliklər təkcə bir insanın deyil, bütöv bir ailənin, hətta gələcək nəsillərin həyatına toxunur”.

 

Sfera.az xəbər verir ki, bu sözləri “Xərçəngdən güclüsən” adlı tədbirdə həkim-onkoloq Nərmin Axundova bildirib.

 

Onun sözlərinə görə, erkən diaqnostika xərçənglə mübarizənin ən vacib mərhələsidir. O, qadınlara 40 yaşdan sonra mütəmadi olaraq skrininq müayinələrindən keçməyi, 40 yaşadək isə öz süd vəzilərini mütəmadi şəkildə yoxlamağı tövsiyə edib.

 

 “Hər gecikmiş gün xəstəliyin geri dönüşü olmayan mərhələyə keçməsinə səbəb ola bilər. Qadınlar hər ay öz-özünə süd vəzi müayinəsini aparmaqdan çəkinməməlidirlər. Bu, qorxu deyil, özünə və sağlamlığına hörmətin ifadəsidir”, – deyə həkim-onkoloq vurğulayıb.

 

Fidan Hacızadə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR