"40-69 yaşarası qadınlar 2 ildən bir müayinədən keçməlidir" -Anar İsrafilov

Kateqoriya məlum deyil
T
"Qadınlar arasında ən çox rast gəlinən xərçəng növü süd vəzi xərçəngidir. Hər il minlərlə qadın bu xəstəlikdən dünyasını dəyişir".
Sfera.az xəbər verir ki, bunu “Xərçəngdən güclüsən” adlı tədbirdə çıxış edən TƏBİB-in icraçı direktorun müavini Anar İsrafilov bildirib:
"Əgər süd vəzi xərçəngi vaxtında aşkarlanarsa, xəstələrin 5 illik yaşama ehtimalı 90-95 faiz təşkil edir. Buna görə də 40-69 yaş arası qadınlar hər 2 ildən bir müayinədən keçməlidirlər”.
Qeyd edilib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılır və müxtəlif layihə tədbirləri həyata keçirilir.
Fidan Hacızadə






