Gündə 10.000 addım atması ilə öyünənlərə pis xəbər - Mif çıxdı

Bütün məşq formaları, şübhəsiz ki, faydalıdır. Müntəzəm olaraq idman edə bilməyənlər "gündə 10.000 addım" qaydasına əməl edərək heç olmasa hərəkəti həyatlarına daxil etməyə çalışırlar. Çox güman ki, gündə 10.000 addım atmağın nə qədər sağlam olduğuna dair məlumatlar eşitmisiniz.
Bəs bu 10.000 addımlıq qaydanın haradan gəldiyini heç düşünmüsünüzmü?
Sfera.az bildirir ki, 10.000 addım qaydası əslində sadəcə bir Yapon şirkətinin marketinq taktikasıdır.
"Sağlamlıq üçün gündə 10.000 addım" qaydasını yəqin ki hamı eşidib.
10.000 addım bir yetkinin gündə orta hesabla 7-8 kilometr piyada getməsi deməkdir. Sürətli templə atılan 10.000 addım insan orqanizmində çoxşaxəli müsbət irəliləyişləri təmin edir. Ürək və qan dövranı sağlamlığını dəstəkləyir, çəkiyə nəzarət etməyə kömək edir, əzələləri və sümükləri gücləndirir, immuniteti və davamlılığı artırır və əhval-ruhiyyəni yaxşılaşdırır... Beləliklə, gördüyünüz kimi, müntəzəm yeriməyin faydaları saysız-hesabsızdır.
Bəs, bu faydaları əldə etmək üçün həqiqətən 10.000 addım atmalısınızmı?
Bu sualın cavabı indi “yox”dur.
1964-cü ildə Yaponiya Tokio Olimpiadasına ev sahibliyi etməyə hazırlaşırdı. Əhalinin idmana marağı da artmışdı. Müntəzəm idmanın hipertoniya, diabet və insult kimi həyat tərzi xəstəlikləri ilə mübarizə aparmaq üçün yaxşı bir yol olduğu barədə məlumatlılıq artdı. Eyni zamanda, Yaponiya əhalisi arasında artan piylənmə ilə mübarizədə idmanın əhəmiyyəti də vurğulanırdı.
Ən sadə məşq, əlbəttə ki, gəzmək idi. Hər kəs bunu edə bilərdi; xüsusi avadanlıq, məşq və ya təlimə ehtiyac yox idi. Bir çox insan müntəzəm olaraq gəzməyə başladığı üçün ilk addımölçənlər bazara girdi. Belinə taxılan sadə cihaz onlara gündəlik addım sayını ölçməyə imkan verirdi. Cihaz tez bir zamanda hit oldu.
Pedometri istehsal edən şirkət öz cihazını "Manpo-kei" (10.000 addım) adlandırıb. Şüar tez bir zamanda məşhurlaşıb, çünki o, çox cəlbedici idi və insanlara bir məqsəd verirdi. Vaxt keçdikcə bir çox Yapon gəzinti klubları yarandı və Manpo-kei insanların getməsi gözlənilən minimum məsafə idi. 10.000 addım atma ideyası Yapon əhalisindən bütün dünyaya yayıldı.

İlkin tədqiqatlar gündə 10.000 addım atmağın sağlamlıq üçün faydalarını nümayiş etdirdi. Bununla belə, 10.000 addım çoxları üçün çətin hədəf olaraq qalır. Əslində, son araşdırmalar 10.000 addım atmağın məcburi olmadığını ortaya qoyur; gün ərzində 7000 və hətta 5000 addım səhhətinizdən asılı olaraq sağlıqlı ola bilər.
Amerika Kardiologiya Assosiasiyasına görə, bir çox insan üçün gündə 7000 addım kifayətdir. Təbii ki, müntəzəm idman ürək xəstəlikləri riskini 50% azaldır və ömrü uzadır.
10.000 addıma çata bilməsəniz belə, ən azı 5.000-7.000 addım atma tövsiyə edilir.
Aynil






