Baş ağrısını dərmansız kəsin

Baş ağrısını dərmansız kəsin
Kateqoriya məlum deyil
T

Baş ağrısı ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Bir çox insan baş ağrısının keçməsi üçün dərmandan istifadə edir. Lakin bu xoşagəlməz haldan təbii yollarla da xilas ola bilərsiniz.

 

Sfera.az Türkiyə mətbuatına istinadən baş ağrısının qarşısını almaq üçün bir neçə təbii üsulu təqdim edir:

 

Limon

 

Limon aromaterapiyası baş ağrısına yaxşı təsir edir. Bir dilim limonu əlinizdə sıxıb, üzünüzə və alnınıza sürtün. Ağrının getdikcə azaldığını hiss edəcəksiniz.

 

Lavanda yağı

 

Sakitləşdirici təsirə malik lavanda baş ağrısına təsir edir. Lavandanın qoxusu baş ağrısı və miqreni minimum endirir. Bunun üçün bir stəkan suya lavanda yağı damcıladıb qoxlamaq faydalıdır.

 

Qəhvə

 

Gündə bir fincan qəhvə içmək ağrıkəsici xüsusiyyətə malikdir. Amma qəhvəni tez-tez qəbul etmək səhhətinizdə problemlərə yol aça bilər.

 

Təmiz hava

 

Təmiz hava və oksigen baş ağrısını azaldır. Əgər çölə çıxa bilmirsinizsə, pəncərəni açın və otağı havalandırın.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR