Kimlərə idman etmək olmaz? - Həkimdən AÇIQLAMA

Kimlərə idman etmək olmaz? - Həkimdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İdmana başlamaq sağlam həyat tərzinin əsas şərtlərindən biridir, lakin mütəxəssislər hər kəsin fiziki fəaliyyətə başlamazdan əvvəl həkim məsləhəti və müayinəsindən keçməsinin vacib olduğunu vurğulayır.

 

Bu, xüsusilə gizli xəstəlikləri və ya risk faktorlarını olan şəxslər üçün həyati əhəmiyyət daşıyır. Həkim müayinəsi yalnız ümumi sağlamlıq vəziyyətini qiymətləndirməyə deyil, həm də fərdi idman proqramının təhlükəsiz və effektiv şəkildə hazırlanmasına kömək edir. Belə prosedurlar, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, şəkər xəstəliyi və ya digər xroniki problemləri olan insanlar üçün xüsusilə tövsiyə olunur.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən fizioterapevt Könül Həsənova bildirib ki, idmana başlamazdan əvvəl həkim məsləhəti və müayinəsi son dərəcə önəmlidir:

 

 

“Bir çox insan bilmədən hansısa gizli və ya yanaşı xəstəliklərə sahib ola bilər. Bu cür hallarda, fiziki fəaliyyət bəzən zərərli ola və ciddi sağlamlıq problemlərinə yol aça bilər. Həkim müayinəsi pasiyentin ümumi sağlamlıq vəziyyətini qiymətləndirərək, hansı idman növlərinin ona uyğun olduğunu müəyyən etməyə kömək edir”. 

 

Müsahibimiz idmana başlamazdan öncə tibbi yoxlamaların aparılmasını, həm sağlamlığın qorunması, həm də fiziki fəaliyyətin effektiv və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün vacib şərt hesab edir.

 

Mütəmadi idmanla yanaşı düzgün qidalanma da sağlam həyat tərzinin vacib hissəsidir. Qida rasionunda zülal, vitamin və minerallarla zəngin məhsulların olması bədənin gücünü artırır və enerjini bərpa edir. Xroniki xəstəliyi və ya müəyyən sağlamlıq problemi olan şəxslər idman proqramına başlamazdan əvvəl və sonrakı mərhələlərdə həkimlə daimi əlaqədə olmalıdırlar. Bu, həm sağlamlığın qorunması, həm də fiziki fəaliyyətin təhlükəsiz şəkildə həyata keçirilməsi baxımından vacibdir.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR