"Bütün ölümlərə ürək çatışmazlığı yazılır” - Statistika şişirdilib?

"Bütün ölümlərə ürək çatışmazlığı yazılır" - Statistika şişirdilib?
Kateqoriya məlum deyil
T

Azərbaycan ürək-damar xəstəliklərindən ölüm göstəricilərinə görə dünyada ön sıralarda qərarlaşıb.

 

Son statistikaya əsasən, ölkəmiz ürəktutmasından ölüm hallarının sayına görə dünyada ikinci yerdədir. 

 

Kardioloq Günay Rəhimova Sfera.az-a açıqlamasında bildirib ki, əslində rəqəmlər artmayıb. 

 

Onun sözlərinə görə, bu fakt sadəcə sosial şəbəkələrdə daha çox ışıqlandırılır. 

 

G.Rəhimova qeyd etdi ki, Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm göstəricilərinin çox olması həm də yanlış statistika ilə bağlıdır:

 

"Azərbaycanda bütün ölümlərə ürək çatışmazlığı adı verilir. İkinci olmağımızın səbəbi budur". 

 

Bununla belə həkim dedi ki, həyat tərzinin düzgün təşkil edilməməsi ürək-damar problemlərindən ölüm hallarında artım var:

 

"Bütün bunları bir kənara qoysaq, həqiqətən də son zamanlarda kişilər arasında düzgün olmayan qidalanma, ifrat çəki, içki və alkoqoldan ifrat istifadə gənc yaşda infarktlara gətirib çıxarıb. Əvvəllər 20 yaşında şəxsin infarkt olması xəbərinə çox təəccüblənirdik. İndi isə heç təəccüblənmirik. 20,30-35 yaşlarda ani infarktlara rast gəlməyə başlamışıq”. 

 


Kardioloq əlavə edib ki bu çox zaman sağlam, zərərli vərdişləri olmayan, idmanla məşğul olan insanlarda da ola bilir:


“Bunun əsas səbəblərindən biri insanın öz orqanizmdən bixəbər olmasıdır. Çünki gənclərin əksəriyyəti xolesterin səviyyəsinə baxdırmır. Qanın laxtalanma xüsusiyyətlərindən xəbərləri olmur. Bu da istənməyən hallara gətirib çıxarır. Genetik faktorlar da burda önəm daşıyır. Ailə də ani infarkt olan şəxslər araşdırılmadıqda, düzgün yuxu, qida rejiminə əməl olunmadıqda belə hallar baş verir”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ