Elektron siqaretlərdə uran təhlükəsi: Xüsusilə şirin ətirli siqaretlərdə yüksəkdir

Elektron siqaretlərdə uran təhlükəsi: Xüsusilə şirin ətirli siqaretlərdə yüksəkdir
Kateqoriya məlum deyil
T

Elektron siqaretlər bütün dünyada olduğu kimi, ölkəmizdə gənclər arasında sürətlə yayılmaqdadır. ABŞ-da gənclər üzərində aparılan araşdırma elektron siqaretlərin əhəmiyyətli təhlükələrini ortaya çıxarıb.

 

Sfera.az bildirir ki, tədqiqatda iştirak edən gənclərin sidiyində yüksək səviyyədə qurğuşun və uran aşkar edilib.
 

Adi siqaretlərdən daha az zərərli kimi bazara çıxarılan və əhəmiyyətli bir bazar payı qazanan elektron siqaretlərlə bağlı təhlükələr ortaya çıxmağa davam edir.
 

Məlumata görə, 13-17 yaş arası gənclər arasında aparılan araşdırmada elektron siqaretin zərərli təsirləri bir daha ortaya çıxıb.
 

ABŞ-ın Nebraska Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, müntəzəm olaraq elektron siqaretdən istifadə edən gənclərin sidiyində elektron siqaretdən arabir istifadə edənlərlə müqayisədə 30% çox qurğuşun və iki dəfə çox uran var.
 

Bundan əlavə, uran biomarkerlərinin mentol və ya nanə əvəzinə şirin elektron siqaret ləzzətlərinə üstünlük verən gənclər arasında xüsusilə yüksək olduğu aşkar edilmişdir.
 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR