Koronavirusun yeni ştammı sürətlə yayılır: Səslə bağlı simptomlara diqqət!

İngiltərədə sürətlə yayılan yeni COVID-19 ştammı bəzi xəstələrdə özünəməxsus əlamətlərlə seçilir: səsdə dəyişiklik.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, "Stratus" adlandırılan bu alt ştamm boğazda qıcıqlanma yaradaraq səs tellərinə təsir edir və boğuq, kəsik səslə danışığa səbəb olur.
Bundan başqa həkimlər qeyd edir ki, bu yeni ştamm səsdə dəyişikliklərlə yanaşı, klassik simptomları da (öskürək, boğaz ağrısı, yorğunluq, burun axması) özündə saxlayır. Lakin səsin dəyişməsi, "Stratus" ştammını əvvəlki versiyalardan fərqləndirən ən diqqətçəkici əlamətlərdən biridir.
Qeyd edək ki, "Stratus" ştammı ilk dəfə 2025-ci ilin yanvar ayında Cənub-Şərqi Asiyada aşkarlanıb. Hazırda yayıldığı ölkə say 38-dir.
İngiltərədə Stratus-un XFG.3 alt ştammı, 2025-ci ilin iyun ayı etibarilə ölkədəki bütün yoluxmaların 40%-nə səbəb olub.
Yoluxuculuq səviyyəsinə görə, Omicron-un əvvəlki alt variantları ilə oxşardır, xüsusilə insanların sıx toplaşdığı yerlərdə sürətlə yayılır.
Mütəxəssislərdən xəbərdarlıq:
Səsin kəsilməsi tək başına COVID-19 anlamına gəlməyə bilər. Lakin digər simptomlarla birgə müşahidə olunarsa, test vermək tövsiyə olunur.
Peyvəndlər və şəxsi gigiyena hələ də ən effektiv qorunma üsulu olaraq qalır.
Qeyri-adi simptomlar hiss edən şəxslərə diqqətli olmaq və tibbi məsləhət almaq tövsiyə olunur.
Stratus, ÜST tərəfindən rəsmi olaraq “nəzarət altında olan SARS-CoV-2 ştammı” kateqoriyasına daxil edilib.
Bu, hələlik narahatedici ştamm hesab olunmasa da, yaxından izlənməsi vacib sayılır.
Gülər






