İmişlidə toyda zəhərlənənlərin vəziyyəti açıqlandı

İmişlidə toyda zəhərlənənlərin vəziyyəti açıqlandı
Kateqoriya məlum deyil
T

İmişlidə toyda zəhərlənənlərdən 4-nün müalicəsi davam edir.

 

Sfera.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

 

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

 

Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 61 nəfər (31-i qadın, 30-u kişi) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

 

Müalicələri davam etdirilən 4 nəfərin vəziyyəti sabit qiymətləndirilir.

 

Report.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR