Bu 5 vitamin ürəyi gücləndirir

Bu 5 vitamin ürəyi gücləndirir
Kateqoriya məlum deyil27.09.25, 07:1023 👁️
T

Ürək xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, hər 34 saniyədə bir nəfər ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər sağlam qidalanma, müntəzəm idman, siqaret və alkoqoldan uzaq durmağın ürək sağlamlığının qorunmasında əsas rol oynadığını bildirirlər. 

 

Bununla yanaşı, düzgün qida əlavələri də ürəyi gücləndirən mühüm vasitələrdən biri hesab olunur.

 

ABŞ-li kardioloq Dmitry Yaranov ürək sağlamlığı üçün ən vacib hesab etdiyi 5 əlavəni açıqlayıb.

 

Onun siyahısında yer alan əlavələr bunlardır:


"Omega-3" yağ turşuları – qan təzyiqini tənzimləyir və aritmi riskini aşağı salır. 


Maqnezium – Ürək ritminin və qan təzyiqinin sabit qalmasında mühüm rol oynayır, əzələ funksiyası üçün vacibdir.


Lif – Çözü­nən lif LDL (“pis” xolesterini) azaldaraq ürək xəstəlikləri riskini aşağı salır.


Kalium – Qan damarlarını rahatladır, natriumun təsirini balanslaşdırır və ürək əzələsinin düzgün fəaliyyətini dəstəkləyir.


D vitamini – Çatışmazlığı damar sərtliyi və digər risklərlə bağlıdır, xüsusilə əskikliyi olan şəxslərdə faydalıdır.


Dr. Yaranov bildirib ki, bu əlavələr dərman müalicəsini əvəz etmir, lakin düzgün istifadə edildikdə ürək sağlamlığını qorumaqda əlavə fayda göstərir. 


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...