Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Çzyanmın şəhərində ağcaqanadlar vasitəsilə yoluxan virusun törətdiyi “Çikungunya” qızdırmasına dair 1 714 fakt qeydə alınıb.
Sfera.az xəbər verir ki, bölgədə epidemiyaya görə səhiyyə orqanları 3-cü səviyyəli “ictimai səhiyyə fövqəladə vəziyyəti” elan edib.
Çzyanmın şəhərində qeyd alınan xəstələr arasında ölüm faktı olmayıb.
Ağcaqanadlar vasitəsilə yoluxan eyni adlı virusun törətdiyi “Çikungunya” xəstəliyi, qızdırma və oynaq ağrıları ilə özünü göstərir. Xəstəlik oynaq şişləri, əzələ ağrıları, baş ağrısı, ürəkbulanma, yorğunluq və dəri səpgiləri ilə müşayiət oluna bilər.
Niyaz Hacıyev
Sfera.az