Düzgün qidalanmama yeniyetmələrdə hansı problemlər yaradır? - Həkim rəyi

Düzgün qidalanmama yeniyetmələrdə hansı problemlər yaradır? - <span style="color:#ff0000">Həkim rəyi</span>
Kateqoriya məlum deyil22.09.25, 09:2017 👁️
T

Gənclərin qidalanma vərdişləri ailələri, cəmiyyəti narahat edən əsas məsələlərdən birinə çevrilib. "Fast-food", şirin qazlı içkilər və paketli qidaların tez-tez istehlakı, tərəvəz və meyvələrin yetərincə qəbul edilməməsi, həmçinin zülal və vitamin çatışmazlıqları gənclərlə bağlı narahatlıq doğuran vərdişlərdir. 

 

Bəs bu cür qidalanmalar gənclər üçün hansı risklər yaradır?

 

Həkim Elşən Tağıyev Sfera.az-a bildirib ki, yeniyetməlik dövrü sürətli fiziki və zehni inkişafın baş verdiyi bir mərhələdir və bu dövrdə bəzi qida maddələrinin kifayət qədər qəbul edilməməsi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər:

 

“Yeniyetmələrdə ən çox müşahidə olunan qida çatışmazlıqları arasında dəmir, kalsium, D vitamini, sink, fol turşusu, B12 vitamini, zülal, omega-3 yağ turşuları və lif çatışmazlığı yer alır.

Xüsusilə qızlarda menstruasiya dövrünün başlamasından sonra dəmir ehtiyacı artır. Dəmir çatışmazlığı qanazlığı, yorğunluq və diqqət azalması kimi əlamətlərlə özünü göstərə bilər. Kalsium və D vitamini çatışmazlığı isə sümük kütləsinin toplanması üçün kritik olan bu yaş dövründə problem yaradır. Süd məhsullarının və günəş işığının az istifadəsi D vitamini çatışmazlığı riskini artırır”.

 

 

Müsahibimiz vurğulayıb ki, sink çatışmazlığı immunitetin, dəri sağlamlığının və boy artımının normal olmasına mənfi təsir göstərir:

 

“Çox vaxt ət yeməyən və ya "fast-food" ilə qidalanan yeniyetmələrdə bu problem müşahidə olunur. Fol turşusu və B12 vitamini isə hüceyrələrin sürətli böyüməsi üçün vacibdir. Vegeterian və veqan yeniyetmələrdə B12 çatışmazlığı daha çox görülür. Zülalın yetərsizliyi qızlarda az qida qəbulundan, oğlanlarda isə intensiv idman və aktivlikdən yaranır.

Beyin inkişafı və psixoloji sağlamlıq üçün önəmli olan omega-3 yağ turşuları balıq və qoz-fındıq az yeyənlərdə çatışmazlıq riski yaradır. Meyvə-tərəvəz və tam taxılların az qəbulu isə lif çatışmazlığına səbəb olaraq bağırsaq problemləri və piylənmə riskini artırır”.

 

Həkim vitamin çatışmamazlığı ilə bağlı əsas səbəbləri "fast-food", qazlı içkilər və şirin məhsulların çox istifadəsi, süd məhsulları və tərəvəzlərin az qəbulu, qızlarda menstruasiya ilə dəmir itkisi və vegeterian veqan pəhrizlərin balanssız olmasında görür:

 

“Nəticə olaraq, yeniyetmələrdə ən çox dəmir, kalsium, D vitamini, sink və fol turşusu çatışmazlığı müşahidə olunur”.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...