Faydalı bildiyimiz bu qidalar zərərli imiş - XƏBƏRDARLIQ

Faydalı bildiyimiz bu qidalar zərərli imiş - <span style="color:#ff0000">XƏBƏRDARLIQ</span>
Kateqoriya məlum deyil20.09.25, 09:1012 👁️
T

Son illərdə aparılan beynəlxalq araşdırmalar göstərir ki, çox vaxt faydalı hesab etdiyimiz bəzi qidalar əslində sağlamlıq üçün risk daşıya bilər. 

 

Sfera.az xəbər verir ki, elm adamları xüsusilə ultra-prosesslənmiş qidaların (UPF) təhlükəsinə diqqət çəkirlər.

 

Mütəxəssislərin sözlərinə görə, sənaye üsulu ilə çox emaldan keçən, tərkibində əlavə şəkər, duz, yağ, konservant və süni dadlandırıcı olan məhsullar yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri, diabet, piylənmə və hətta bəzi xərçəng növləri ilə əlaqələndirilir.

 

Xüsusilə yağsız yoqurtlar, protein məhsulları  və enerji verən içkilər tez-tez sağlamlıq dostu kimi təqdim edilsə də, onların tərkibində gizli şəkərlər, doymuş yağlar və süni qatqılar ola bilər. Bu isə uzunmüddətli istehlak zamanı həm fiziki, həm də psixi sağlamlığa mənfi təsir göstərə bilir.

 

Həkimlər xəbərdarlıq edirlər ki, gündəlik rasionda bu cür məhsulları minimuma endirmək, daha çox təbii və az emal olunmuş qidalara üstünlük vermək vacibdir. Məhsul alarkən isə etiketlərin diqqətlə oxunması tövsiyə olunur.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ
Sehliyali
Yüklənir...