Ağız bakteriyaları bu xəstəliyə yol açır - Araşdırma

Ağız bakteriyaları bu xəstəliyə yol açır - <span style="color:#ff0000">Araşdırma</span>
Kateqoriya məlum deyil19.09.25, 10:442 👁️
T

Yeni aparılan elmi araşdırma ağız sağlamlığı ilə ürək xəstəlikləri arasında diqqətçəkən əlaqəni üzə çıxarıb. Finlandiyanın Tampere Universitetinin alimləri müəyyən ediblər ki, ağızda yaşayan bakteriyalar yalnız diş çürüməsinə səbəb olmur, həm də insanı infarkt üçün “hazırlaya” bilir.

 

Sfera.az xəbər verir ki, tədqiqat zamanı koronar arteriya xəstəliyi olan və hətta qəfil ürək tutmasından vəfat edən şəxslərin arterial lövhələri analiz edilib.

 

Nəticədə məlum olub ki, həmin lövhələrin 40 faizindən çoxunda ağız bakteriyalarının genetik izləri aşkarlanıb.

 

Xüsusən də “viridans streptokok” qrupuna aid bakteriyaların lövhələrdə dərin qatlara yerləşdiyi müəyyən olunub. Bu vəziyyət nəticədə ürəyə qan axınının qarşısını ala bilir.

 

Alimlərin sözlərinə görə, ağız boşluğunda uzun müddət “yatmış” vəziyyətdə qalan bakteriyalar müxtəlif infeksiyalar, zəif qidalanma və ya stress nəticəsində aktivləşərək təhlükəli iltihablara yol açır. Bu isə infarkt və digər ürək-damar problemlərinin inkişafında mühüm risk faktoru sayılır.

 

Mütəxəssislər bildirirlər ki, bakteriyaların ağızdan arteriyalara necə keçdiyi tam olaraq aydın deyil. Lakin nəticələr bir daha göstərir ki, dişlərin mütəmadi fırçalanması və ağız gigiyenasına diqqət yalnız estetik deyil, həm də ürək sağlamlığı baxımından həyati əhəmiyyət daşıyır.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...