Məktəblilər necə qidalanmalıdır? - Dərs nailiyyətlərinin gizli açarı

Məktəblilər necə qidalanmalıdır? - <span style="color:#ff0000">Dərs nailiyyətlərinin gizli açarı</span>
Kateqoriya məlum deyil15.09.25, 08:378 👁️
T

Orta ümumtəhsil məktəblərində təhsil alan uşaqlar günün böyük hissəsini məktəblərdə keçirirlər. Bu isə onların gündəlik qidalanma rejiminin daha çox məktəb şəraitində formalaşmasına səbəb olur. Sağlam inkişaf, diqqət və dərs nailiyyətləri baxımından məktəblilərin düzgün qidalanması xüsusilə vacibdir. 

 

Bəs uşaqlar gün ərzində hansı qidalara üstünlük verməlidirlər? Hansı qidalardan uzaq durmaq məsləhətdir? Valideynlər övladlarının qidalanmasına nəzarət edərkən nələrə diqqət etməlidirlər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən idmançı, sağlam həyat tərzi üzrə motivator Elnur Nəmatov bildirib ki, valideynlər övladlarının sağlam qidalanmasına nəzarət edərkən bir neçə vacib məqama diqqət etməlidirlər:

 

 

"Zülallar uşaqların həm fiziki inkişafı, həm də zehni fəaliyyəti üçün əsas qida maddələrindəndir. Yumurta, paxlalılar, süd məhsulları, qoz-fındıq kimi zülal mənbələri uşaqların səhər yeməyində mütləq yer almalıdır. Bu qidalardan istifadə etməklə məktəb üçün faydalı qəlyanaltılar hazırlamaq mümkündür: sendviç, meyvə, qatıq və su ən yaxşı seçimlərdəndir. Menyu müxtəlif və balanslı qurulmalı, gündəlik su qəbulu isə mütləq nəzarətdə saxlanılmalıdır. Şirniyyat əvəzinə quru meyvə kimi daha faydalı alternativlər seçmək olar".

 

Mütəxəssis əlavə edib ki, uşaqların rasionundan müəyyən zərərli məhsullar tamamilə uzaq tutulmalıdır:


"Qazlı və enerji içkiləri, hazır şirniyyatlar, cipsi, "fast-food", çox duzlu və ədviyyatlı yeməklər uşaqlar üçün təhlükəlidir. Ən əsası isə valideynlər özləri də sağlam qidalanaraq övladlarına nümunə olmalıdırlar”.

 

E.Nematov onu da vurğuladı ki, balanslı və sağlam qidalanma uşaqların həm sağlam böyüməsinə, həm də dərslərində daha enerjili və diqqətli olmalarına kömək edir.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...