Siqaret dərmanların təsirini azaldır


Siqaret dərmanların təsirini azaldır
Kateqoriya məlum deyil12.09.25, 20:338 👁️
T

Tibb mütəxəssisləri siqaret çəkmənin bir sıra dərman preparatlarının effektivliyini azaltdığını bildirirlər.

 

Sfera.az xəbər verir ki, aparılan araşdırmalara əsasən, nikotin qaraciyərdə maddələr mübadiləsini sürətləndirir və dərmanların orqanlara çatdırılmasını ləngidir. Nəticədə, xüsusilə beta-blokatorlar və opioid tərkibli ağrıkəsicilər siqaret çəkən şəxslərdə daha zəif təsir göstərir.

 

Həkimlər vurğulayırlar ki, xəstənin siqaretdən istifadə etməsi barədə məlumatın vaxtında verilməsi xroniki xəstəliklərin müalicəsində və cərrahi müdaxilələr zamanı dərman dozasının düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, həm də mümkün risklərin qarşısının alınmasına kömək edə bilər.

 

Mütəxəssislər siqaret çəkmə vərdişini gizlətməməyi və müalicə prosesində həkimlə açıq ünsiyyət qurmağı tövsiyə edirlər. \Axşam.az

PAYLAŞ
Sehliyali
Yüklənir...