Tənbəl zob nədir? - ƏLAMƏTLƏR

Tənbəl zob nədir? - ƏLAMƏTLƏR
Kateqoriya məlum deyil
T

Son illər ölkəmizdə qalxanabənzər vəz xəstəlikləri arasında ən çox rast gəlinən problemlərdən biri də tənbəl zobdur. Tibbi dildə hipotireoz adlanan bu xəstəlik, vəzin kifayət qədər hormon ifraz etməməsi ilə xarakterizə olunur.

 

Sfera.az-ın araşdırmasına görə, tənbəl zobun əsas səbəblərindən biri yod çatışmazlığıdır. Bundan başqa, autoimmun xəstəliklər, qalxanabənzər vəzin zədələnməsi, əməliyyat və ya radioaktiv yod müalicəsi də vəzin zəifləməsinə gətirib çıxara bilər.

 

Xəstəliyin ilkin əlamətləri çox vaxt yorğunluq, halsızlıq, yaddaş zəifləməsi, çəki artımı və saç tökülməsi ilə özünü göstərir. Soyuğa dözümsüzlük, səsin batması və bədənin şişkinliyi də diqqət edilməli simptomlar sırasındadır.

 

Diaqnozun dəqiq qoyulması üçün qan analizləri (TSH və T4 hormonları) və ultrasəs müayinəsi aparılır. Vaxtında müayinə olunmayan tənbəl zob ciddi fəsadlara səbəb ola bilər.

 


Müalicə əsasən hormon preparatları ilə həyata keçirilir. Bununla yanaşı, gündəlik rasionda yodlu duz və dəniz məhsullarına yer vermək xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır. Vətəndaşlar qalxanabənzər vəzin fəaliyyətində hər hansı dəyişiklik hiss etsələr, vaxt itirmədən endokrinoloqa müraciət etməlidirlər

 

Niyaz Hacıyev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR