Turşu xərçəng riskini azaldır


Turşu xərçəng riskini azaldır
Kateqoriya məlum deyil10.09.25, 14:1574 👁️
T

Əhalinin böyük bir hissəsi turşuların mədə üçün yaxşı olmadığına inanaraq istehlak etməkdə tərəddüd edir. Bununla belə, onların ləzzətindən əlavə, ümumi sağlamlıq üçün çoxlu faydaları olduğu ortaya çıxıb. 

 

Sfera.az xəbər verir ki, mütəxəssislər əslində 2 xörək qaşığı turşunun hətta kanserogen maddələri zərərsizləşdirdiyini bildirib.

 

Tərəvəz və meyvələrin qıcqırdılması və müəyyən müddət saxlanılması ilə hazırlanan turşular bağırsaq sağlamlığında qoruyucu və müalicəvi rola malikdir. Turşuların fermentasiya prosesində əmələ gələn faydalı bakteriyaların bağırsaqlarda başda K2 olmaqla bir çox vitamin və həzm fermentinin istehsalını dəstəklədiyi açıqlanıb.

 

Bütün tərəvəzləri turşu etmək olar. Lakin kələm və çuğundura antioksidant tərkibi yüksək olduğuna görə üstünlük verilir. Sağlamlıq problemi olmayanlara gündə orta hesabla 2 xörək qaşığı turşu istehlak etmələri tövsiyə olunur.

 

Müəyyən şərtlər və həssaslıqlar xaricində turşuların süfrədən əskik edilməməsi lazımdır. Kiminsə qan təzyiqi, böyrək, mədə, ürək və ya şəkər xəstəliyi kimi bir problemi varsa, tərkibindəki duzun çox olması səbəbindən turşu istehlakından çəkinməlidir. Bu xəstələr turşuları pəhrizlərinə daxil etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

 

Evdə hazırlanan turşular hər zaman hazır olanlardan çox istifadə edilməlidir. Turşuların hazırlanmasında xlorsuz içməli sudan istifadə, təbii və ya üzvi yolla istehsal olunan tərəvəzləri seçmək, daş duzundan istifadə etmək və gigiyena qaydalarına riayət etmək çox vacibdir. 

 

Hətta turşuların tərkibinvə xərçənglə mübarizə aparacaq maddələr olur. Amma unutmayın, turşu qədərində istehlak edilməlidir. 

PAYLAŞ
Sehliyali
Yüklənir...