Uşaqları viruslardan bu üsullarla qoruyun - Pediatrdan AÇIQLAMA

Uşaqları viruslardan bu üsullarla qoruyun - Pediatrdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Payız-qış mövsümündə uşaqlar arasında qrip və digər mövsümi xəstəliklərə yoluxma halları artır. Zəif immunitet, düzgün qidalanmama və gigiyena qaydalarına əməl edilməməsi azyaşlıların xəstəliyə daha tez tutulmasına səbəb olur. 

 

Maraqlıdır, virusların aktiv olduğu dönəmdə nə kimi önləmləyici tədbirlər görülməlidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən pediatr Günay Rəsulova bildirib ki, bu mövsüm bir sıra profilaktik tədbirləri həyata keçirilməlidir:

 

 

"Uşaqları mövsümü xəstəliklərdən qorumaq üçün ilk növbədə onların sağlam qidalanmasına, normal yuxu rejiminə və açıq havada fiziki aktivliyə diqqət yetirmək vacibdir. Bu amillərin hər biri immunitetin güclənməsinə kömək edir".

 

Pediatr profilaktik peyvəndlərin tam olunmasına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.

 

O qeyd edib ki, allergiya problemi olan və ya xroniki xəstəliklərdən əziyyət çəkən uşaqlar da qrip əleyhinə peyvəndlənməlidir. Eyni zamanda, xəstə ilə təmasdan uşaqları qorumaq, xəstə uşağı kollektivə göndərməmək, otaqların havasını tez-tez dəyişmək və mütəmadi havalandırmaq vacibdir. Məktəbə gedən uşaqlar üçün isə izolyasiya tədbirlərinin görülməsi tövsiyə olunur.

Niyaz Hacıyev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR