“Səssiz pandemiya”dan ölənlərin sayı xərçəngi ötəcək - ÜST

&ldquo;Səssiz pandemiya&rdquo;dan ölənlərin sayı xərçəngi ötəcək - <span style="color:#ff0000">ÜST</span>
Kateqoriya məlum deyil05.09.25, 09:2786 👁️
T

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və aparıcı alimlər antimikrob (antibiotik) müqavimətinin (AMR) yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq ediblər. 


Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, mütəxəssislərin proqnozuna görə, əgər tədbirlər görülməzsə, 2050-ci ilə qədər müalicəyə tabe olmayan infeksiyalardan ölənlərin sayı hər il 10 milyona çataraq xərçəngdən ölüm göstəricilərini geridə qoyacaq. 


Mövcud dərmanlara qarşı davamlılıq qazanmış və “super bakteriya” adlandırılan mikroorqanizmlərin səbəb olduğu infeksiyalar getdikcə daha təhlükəli hal alır. Həkimlər bildirirlər ki, bu hal əvvəllər asanlıqla müalicə olunan xəstəliklərin çətin, bəzən isə mümkünsüz müalicəsinə gətirib çıxarır. 


ABŞ-dəkı “Mayo Clinic”in araşdırmalarına görə, belə infeksiyalar orqan köçürülməsi, kimyaterapiya və əməliyyat kimi prosedurları belə həyati riskli vəziyyətə sala bilər. Mütəxəssislər hesab edirlər ki, problemin əsas səbəbləri antibiotiklərin şüursuz istifadəsi, natamam müalicə kursları və kənd təsərrüfatı ilə heyvandarlıqda həddindən artıq antibiotik istifadəsidir.


Argentina Səhiyyə Nazirliyi bu vəziyyətin miqyasını təsdiqləyərək, ölkədə davamlı mikrobların səbəb olduğu infeksiyalardan ölüm nisbətinin 49-52 faiz arasında olduğunu açıqlayıb. DST antimikrob müqavimətini “qlobal səhiyyə, qida təhlükəsizliyi və inkişaf üçün ən böyük təhdidlərdən biri” adlandırır. Latın Amerikası Pediatrik Yoluxucu Xəstəliklər Cəmiyyətinin prezidenti Dr. Maria Luisa Avila isə qeyd edib ki, 2050-ci ilə qədər müalicəolunmaz bakteriyalardan ölənlərin sayı xərçəngdən ölənləri ötəcək. Hazırda beynəlxalq səviyyədə antibiotik istifadəsini tənzimləyən və ictimai maarifləndirməni artıran strateji planlar hazırlanır.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...