Bu qidalar payızda sizi qoruyacaq

Bu qidalar payızda sizi qoruyacaq
Kateqoriya məlum deyil04.09.25, 10:550 👁️
T

Yayın başa çatması və payız fəslinə keçidlə birlikdə insan orqanizmində bir sıra dəyişikliklər müşahidə olunur. Bu mövsüm həm bədənin iqlim dəyişikliyinə uyğunlaşması, həm də immunitetin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 

 

Sfera.az xəbər verir ki, araşdırmalara görə, payız dövrdə mövsümi məhsulların qəbulu həm daha çox vitamin-mineral təmin edir, həm də xəstəliklərdən qorunmağa kömək edir.

 

Payız süfrəsinin əvəzolunmazları arasında balqabaq, şirin kartof, çuğundur, brüssel kələmi, brokkoli və kələm xüsusi yer tutur. Bu tərəvəzlər immuniteti gücləndirir, həzmi yaxşılaşdırır və orqanizmi antioksidantlarla zənginləşdirir. Alma, armud, üzüm və zoğal isə həm yüksək lif tərkibi, həm də vitaminlərlə ürək-damar sağlamlığını dəstəkləyir.

 

Eyni zamanda, qoz, badam kimi çərəzlər, paxlalılar və tam taxıllar payız aylarında enerji balansını qoruyur və toxluq hissi yaradır.

Bildirək ki, bu məhsulların gündəlik rasiona əlavə edilməsi yalnız sağlam qidalanmanı təmin etmir, həm də mövsümə uyğun dad və ətir gətirərək payız süfrəsini zənginləşdirir.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ
Sehliyali
Yüklənir...