Yaponiyanın Xirosima Universitetinin alimləri müəyyən ediblər ki, süd turşusu bakteriyaları ilə müalicə olunan stevia ekstraktı (stevia rebaudiana adlı bitkinin yarpaqlarından alınan təbii şirinləşdirici maddə) mədəaltı vəzi xərçəngi hüceyrələrini məhv edə bilir, sağlam hüceyrələrə isə demək olar ki, zərər vurmur.
Sfera.az xəbər verir ki, tədqiqatda stevia yarpağı ekstraktı “Lactobacillus plantarum SN13T” bakteriyası ilə fermentasiya edilib. Nəticədə əldə edilən maddə xərçəng hüceyrələrinin böyüməsini adi ekstraktdan qat-qat güclü şəkildə dayandırıb.4
Əsas təsir göstərən birləşmə xlorogen turşusunun metil esteri olub. Fermentasiya zamanı onun miqdarı artaraq steviyanın bioloji aktivliyini yüksəldib.
Alimlər bildirirlər ki, mədəaltı vəzi xərçəngi ən aqressiv növlərdən biridir və sağ qalma nisbəti 10%-dən aşağıdır. Növbəti mərhələdə heyvanlar üzərində sınaqlar aparılacaq.
Fidan Hacızadə
Sfera.az