5 aptekdə müxtəlif nöqsanlar aşkarlandı

5 aptekdə müxtəlif <span style="color:#ff0000">nöqsanlar aşkarlandı</span>
Kateqoriya məlum deyil04.09.25, 10:319 👁️
T

2025-ci ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 23 aptekdə yoxlama həyata keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

 

Bildirilib ki, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

 

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.

 

Aparılmış yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

PAYLAŞ
Sehliyali
Yüklənir...