Bu ətlər xərçəng yaradırmış - XƏBƏRDARLIQ

Bu ətlər xərçəng yaradırmış - <span style="color:#ff0000">XƏBƏRDARLIQ</span>
Kateqoriya məlum deyil04.09.25, 07:251 👁️
T

Araşdırmalara görə, bütün heyvan ətlərinin insan orqanizminə təsiri müxtəlifdir. Bəzi ət növləri sağlamlıq üçün faydalı hesab edilsə də, digərləri müəyyən risklər yarada bilər.


Sfera.az mütəxəssislərin araşdırmasına əsasən məlumat verir ki, toyug və hinduşka əti az yağlı, yüksək zülallı və vitamin-mineral baxımından zəngin olduğu üçün sağlam qidalanma üçün tövsiyə olunur. Yağlı balıqlar (losos, sardina, skumbriya) ürək-damar sistemini gücləndirən omega-3 yağ turşularının əsas mənbəyidir.

 

Keçi və dovşan əti isə pəhriz saxlayanlar və həzm sistemi zəif olan insanlar üçün ən uyğun seçimlərdən sayılır. Həmçinin, kenquru əti də yüksək amin turşuları və doymamış yağlarla zəngin olduğu üçün faydalı hesab edilir.


Bununla yanaşı, qırmızı və emal olunmuş ətlər (mal, qoyun, donuz, sosiska, kolbasa) həddindən artıq qəbul edildikdə ürək xəstəlikləri, diabet və xüsusilə bağırsaq xərçəngi riskini artırır. Araşdırmalar göstərir ki, emal edilmiş ət Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “insan üçün karsinogen” kimi təsnif edilib. Eyni zamanda, yüksək temperaturda bişirilmiş ətlərdə xərçəngə səbəb ola bilən maddələr əmələ gəlir.

 


Mütəxəssislər həmçinin bildirirlər ki, dəniz məhsulları (krevetka, istridiyə, midyə) bəzi hallarda toksin və virus yığa bilər. Qoyun əti purin və doymuş yağların çoxluğu səbəbindən hipertoniya, oynaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün risklidir. Orqan ətləri (ciyər, böyrək və s.) isə yüksək vitamin A və purin səbəbindən məhdud miqdarda qəbul edilməlidir.


Ekspertlər sağlam qidalanma üçün həftədə bir neçə dəfə az yağlı ağ ət və balıq istehlak etməyi, qırmızı və emal edilmiş ətlərin isə məhdudlaşdırılmasını tövsiyə edirlər.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ
Sehliyali
Yüklənir...