30 nəfər dərmandan zəəhərləndi
Kateqoriya məlum deyil
Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.
Sfera.az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, şöbəyə qəbul edilən pasiyentlərdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir.
"Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib", - o vurğulayıb.
Məlumata əsasən, zəhərlənən şəxslərdən 4-ü (2 qadın, 2 kişi) vəfat edib. Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.






