Limonu evdə belə istifadə edin - 5 faydalı məsləhət

Limonu evdə belə istifadə edin - 5 faydalı məsləhət
Kateqoriya məlum deyil
T

Limon mətbəxdə təkcə yeməklərə dad vermək üçün yox, həm də bir çox praktik məqsədlər üçün istifadə oluna bilər.

 

Sfera.az milli.az-a istinadən bunun üçün nümunələri təqdim edir:

 

Qoxu aradan qaldırmaq üçün - Balıq, soğan və ya sarımsaq doğradıqdan sonra əlləri limonla ovmaq qoxunu aparır.

 

Kəsici taxtanı təmizləmək üçün - Taxtanın üzərinə duz səpib yarım limonla ovmaq həm mikrobları öldürür, həm də ləkələri aparır.

 

Soyuducudakı qoxunu götürmək üçün - Bir kasa suya limon dilimləri qoyub soyuducuya yerləşdirmək qoxunu neytrallaşdırır.

 

Qazan və tavalardakı pas və qaralmanı təmizləmək üçün - Limon suyu və çörək sodası qarışığı ilə ovmaq.

 

Meyvə və tərəvəzlərin qaralmasının qarşısını almaq üçün - Kəsilmiş almaları, armudları və avokadonu limonlu suda saxlamaq.

 

Çaydanın içindəki əhəng daşını təmizləmək üçün - Çaydanı su və limon dilimləri ilə qaynatmaq.

 

Yağlı ləkələri aparmaq üçün - Limon suyu yağlı səthləri təmizləməkdə kömək edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR