Metropolitenində doğuş edən ana və körpəsi evə buraxılıb - FOTO

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana ana və körpəsi Respublika Klinik Xəstəxanasından evə buraxılıb. Hər iki xəstənin vəziyyəti hazırda qənaətbəxş hesab olunur. Körpə sərbəst nəfəs alır, normal qidalanır və sağlamdır.
Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-in mətubat xidmətindən məlumat verilib.
Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın vəziyyəti də müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyə qulluq qaydaları barədə anaya ətraflı məlumat verilib.
Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində saat 07:40 radələrində “20 Yanvar” stansiyasında doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Təcili tibbi yardım briqadası ana və körpəyə ilkin yardım göstərdikdən sonra onları ixtisaslı müalicə üçün Respublika Klinik Xəstəxanasına göndərib.
Bəsti Rəfizadə
Sfera.az







