Xərçəngin BU NÖVÜNDƏN daha çox insan əziyyət çəkir - RƏSMİ

Xərçəngin BU NÖVÜNDƏN daha çox insan əziyyət çəkir - RƏSMİ
Kateqoriya məlum deyil
T

Azərbaycanda xərçəng xəstələrinə ən çox süd vəzisi xərçəngi diaqnozu qoyulub.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Bizim.Media-ya məlumat verilib.

 

Belə ki, 2024-cü ildə 73875 xərçəng xəstəsindən 18639-u süd vəzisi xərçəngi diaqnozuyla qeydiyyata alınıb.

 

Məlumatda xəstəliyin digər növləri üzrə qeydiyyatda olanların sayı da açıqlanıb.

 

- Mədə xərçəngi - 4400

- Traxeya, bronx, ağciyər xərçəngi -3891

- Düz bağırsağın, onunla siqmavari bağırsaq birləşməsinin, anusun xərçəngi - 3523

- Qida borusunun xərçəngi - 1752

- Qırtlağın xərçəngi -1667

- Ağız boşluğunun  və udlağın xərçəngi - 1280

- Dərinin melanoması - 443

- Dodaqların xərçəngi – 296.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR